Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun növbəti iclası keçirilib

Cari ilin 14 oktyabr tarixində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun hibrid formatda Hüquq və İnsan Haqları İnstitutunda növbəti iclası keçirilib. İclasda işçi qrupunun üzvləri və maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru, işçi qrupunun rəhbəri Samir Mahmudov işçi qrupun fəaliyyəti çərçivəsində ötən dövr ərzində görülən işlər barədə məlumat verib. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında Mülki Məcəllənin təkmilləşdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması baxımından görülən işlərin əhəmiyyətini vurğulayıb.

İclas çərçivəsində işçi qrupunun rəhbəri Samir Mahmudov tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan “Ticarət müəssisələri” ilə bağlı yeni fəslin təqdimatı keçirilib. Təqdimatdan sonra işçi qrupunun üzvləri və dəvət olunmuş maraqlı tərəflərin nümayəndələrinin yeni fəslə dair rəy və təklifləri dinlənilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. İclasın sonunda işçi qrupunun gələcək fəaliyyəti və qarşıda duran digər əhəmiyyətli məsələlər müzakirə olunub.