14 fevral 2025-ci il tarixində saat 16:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilmişdir.
“Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin məsul şəxsləri iştirak etmişlər. İclasda işçi qrupunun 2024-cü il üzrə fəaliyyət planında nəzərdə tutulmuş işlər müzakirə edilmiş, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, dövlət tənzimlənməsi yükü, borc dinamikası, monetar azadlıq, qlobal İnnovasiyalar İndeksi habelə təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur. İclasda 2024-cü il ərzində ölkəmizin beynəlxalq reytinqlər üzrə irəlləmənin olması qeyd olunmuşdur.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin icra edilməsi, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və təbii resursların effektiv idarə edilməsi barədə tədbirlərin icra edilməsi çərçivəsində 2025-ci il ərzində işlərin dahada effektiv idarəedilməsi qərarı alınmışdır.
İclasda həyata keçirilən tədbirlərin effektivliyi qiymətləndirilmiş, qarşıdakı dövrdə atılacaq addımlar müəyyən olunmuşdur. İşçi qrupunun üzvləri ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün fəal müzakirələr aparmış və gələcək planlar üzrə razılaşmalar əldə etmişdirlər.


