“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun növbəti iclası keçirilib.
“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası 2022-ci il 11 may tarixində baş tutmuşdur.
Görüşdə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov rəhbərlik etmiş, eyni zamanda İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu, Ali Attestasiya Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti və eyni zamanda ekspertlər iştirak etmişdir.
Görüş zamanı “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi” üzrə cari ilin mart-aprel ayları ərzində görülmüş işlərə dair icraçı qurumlar tərəfindən hesabatlar təqdim olunmuşdur. İcraçı qurumlar tərəfindən növbəti rübdə icrası planlaşdırılan tədbirlər müzakirə olunmuşdur. Yol xəritəsinin icrası ilə bağlı yerli və xarici ekspertlərin proseslərə qoşulması istiqamətində görülmüş işlər barədə İşçi qrupuna məlumat verildi.
Eyni zamanda icraçı qurumlar tərəfindən hazırlanmış təqdimatlar nümayiş olunmuşdur.
Görüşün yekununda, Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun tərkibində tematik qrupların yaradılmasına, qısa müddətli tədbirlərin icrası ilə bağlı hər ay iclasların təşkil olunmasına, beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın düzgün qurulması istiqamətində silsilə görüşlərin davam etdirilməsinə dair qərar qəbul edilmişdir.

