“Tədqiqatçıların rəqəmsal səriştələrinin artırılması” məqsədilə təşkil olunan təlim başa çatmışdır

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun üzvlərinin iştirakı ilə “Tədqiqatçıların rəqəmsal səriştələrinin artırılması” məqsədilə təşkil olunan təlim 2022-ci il 5 dekabr tarixində  başa çatmışdır.

Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ekvita” şirkəti və eyni zamanda elm və təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir.

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası məqsədilə gənc tədqiqatçılara “Beynlxalq elmemetrik bazarla tanışlıq və profillerin yaradılması”, “Tədqiqat üsulları”, “Elmi tədqiqatın mərhələləri” və s. sahələrdə təlimlər keçirilmişdir. Təlimlərdə müxtəlif elm və təhsil müəssisələrində çalışan 30-a yaxın gənc tədqiqatçı iştirak etmişdir. Təlimi uğurla başa vuran gənc tədqiqatçılara sertifikatlar təqdim olunmuşdur.

Görüşün yekununda, gənc tədqiqatçıların maarifləndirilməsi istiqamətində görülən silsilə işlərin 2023-cü ildə də davam etdirilməsi imkanlarına dair müzakirələr aparılmışdır.