Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun 20.08.2021-ci il tarixində keçirilmiş iclasının protokolu
İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
- Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”nın 2021-ci ilin yanvar-iyun ayları üzrə icra vəziyyəti;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun icra vəziyyəti;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli 1376 Fərmanı ilə verilmiş tapşırıqların icra vəziyyəti;
- Növbəti iclasın tarixinin və görüləcək işlərin müəyyən olunması.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyev, işçi qrupunun üzvləri və aidiyyəti şəxslər iştirak etmişlər.
İlk öncə, İşçi qrupunun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini cənab Məmməd Abbasbəyli giriş sözü ilə iclası açaraq iştirakçıları salamlamış və İşçi qrupunun 2021-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında iştirakçıları məlumatlandırmışdır. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli və koordinasiyalı icrasının təmin edilməsi məqsədilə İşçi qrupu çərçivəsində zəruri işlərin bundan sonra da həyata keçiriləcəyini diqqətə çatdırmışdır.
İşçi qrupunun içlasında iştirak edən Komissiyanın Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyev iclas iştirakçılarına uğurlar arzulamış, İşçi qrupun 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsinin, eyni zamanda, son dövrlərdə həyata keçirilmiş islahatlar, xüsusi ilə dövlət satınalmaları sahəsində qanunvericlikdə edilmiş dəyişikliklər barədə sahibkaların məlumatlandırılmasının vacibliyini bildirmişdir.
Daha sonra, İşçi qrupunun rəhbəri təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə 2021-ci ilin ötən dövr ərzində görülmüş və bundan sonra görüləcək işlər barədə məlumat vermək üçün İşçi qrupunda təmsil olunan aidiyyəti qrumların nümayəndələrinə söz vermiş və aşağıdakı əsas məsələlər nəzərdən keçirilmişdir:
- Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”nın 2021-ci ilin yanvar-iyun ayları üzrə icra vəziyyətinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları Şahin Nağıyev və Zəminə Əliyeva ətraflı məlumat vermişdir;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun icra vəziyyətinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Zəminə Əliyeva ətraflı məlumat vermişdir;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli 1376 Fərmanı ilə verilmiş tapşırıqların icra vəziyyətinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Zəminə Əliyeva, Ədliyyə Nazirliyinin əməkdaşı Adil Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşı Natiq Həsənov və “Smart Solutions Group" şirkətinin direktoru Kənan Tabasaranskiy ətraflı məlumat vermişdir.
Müzakirələr yekunlaşdıqdan sonra İşçi qrupunun rəhbəri tərəfindən aşağıdakı tapşırıqlar verilmişdir:
- Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli və koordinasiyalı icrasının və rüblük əsasda hesabatlılığın təmin edilməsi, eyni zamanda həmin hesabatların aidiyyəti üzrə vaxtında təqdim edilməsi;
- Son dövrdə dövlət satınalmaları sahəsində aparılmış islahatlar, dövlət satınalmaları haqqında qanunvericilikdə edilmiş dəyişikliklər və əldə edilmiş müsbət nəticələr barədə Dövlət Vergi Xidmətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin imkanlarından istifadə edilməklə ictimayyətin, o cümlədən sahibkarların məlumatlandırılması, bununla əlaqədar cari ilin sentyabr ayında TV-lərdə ictimai müzakirələrin keçirilməsi;
- İşçi qrupunun növbəti iclasının cari ilin sentyabr ayında keçirilməsi ilə əlaqədar müvafiq işlərin həyata keçirilməsi.