Başlama vaxtı: 13.02.2025 15:00
Bitmə vaxtı: 13.02.2025 16:30
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı işçi qrupunun 13 fevral 2025-ci il tarixində növbəti iclası keçiriləcəkdir. İclasda işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planı və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsinin hesabatları dinləniləcək. Eyni zamanda, ölkəmizin nüfuzlu beynəlxalq reytinqlərdə əmək və məşğulluğa dair göstəricilərinin daha da yaxşılaşdırılması üzrə cari ildə görüləcək işlər, qarşıda duran vəzifələr və digər mühüm məsələlərlə bağlı geniş müzakirələrin aparılması planlaşdırılır.
Qeyd edək ki, “Əmək bazarı” işçi qrupunun tərkibində dövlət qurumları ilə yanaşı, özəl sektor və vətəndaş cəmiyyəti institutlarından da nümayəndələr təmsil olunur.