"Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun görüşü

Başlama vaxtı: 14.01.2021 15:00

Bitmə vaxtı: 14.01.2021 17:00

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə başlama, vergi və hesabatlılıq" İşçi qrupunun 14.01.2021-ci il tarixində saat 15:00-da video-konfrans formatında iclasının keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələrin müzakirəsi, müvafiq sahələrə məsul şəxslər tərəfindən aidiyyəti üzrə görüləcək işlər barədə işçi qrupun üzvlərinə məlumat verilməsi, eləcə də İşçi qrupun növbəti iclasının gündəliyi ilə bağlı təkliflərin nəzərdən keçirilməsi planlaşdırılır.

Ünvan: Onlayn formada “Zoom” proqramı üzərindən https://zoom.us/j/91014130577 

GÜNDƏLİK - 14.01.2021 - "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun görüşü